Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami Gəncəvinin lirikası” adlı dəyirmi masa keçirilib

13.10.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 12.10.2022-ci il tarixdə dahi şair Nizami Gəncəvinin anadan olmasın 881 illiyi ilə bağlı "Nizami Gəncəvinin lirikası" adlı dəyirmi masa keçirdi. Dəyirmi masanı böyük kitabxanaçı Təranə Aslanova apardı.Tədbir 32 saylı tam orta məktəbdə keçirildi.Kitabxanaçı Dahi  şair Nizami Gəncəvinin keçdiyi həyat yolundan geniş məlumat verdi. 32 saylı tam orta məktəbin dil ədəbiyyat müəllimi Elnarə İbrahimova çıxışında qeyd etdi ki,səkkiz yüz ildən bəridir ki, Nizami yaradıcılığı daim insanlar tərəfindən sevilir. Nizaminin poemalarından "Nuşiravan və bayquşların söhbəti" ,"Sultan səncər və qarı","Kərpickəsən kişinin dastanı","Ağıllı çoban","Şah və xidmətçi","Xeyir və şər","İsgəndər və çoban"və digər  mənzum hekayələri ilə tanınmışdır.Xalqımız Nizaminin xatirəsini məhəbbətlə yad edir.Bakıda və Gəncədə Nizaminin abidəsi ucalmışdır.Tədbirin sonunda şagirdlər şairin lirikasından bəhs edən şeirlər söylədilər.

 

139.2 KB

 

136.2 KB