25.05.2018
“Azərbaycan turizm məkanıdır”25.04.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin Məshəti Gəncəvi adına 1 saylı kitabxana filialında “Azərbaycan turizm məkanıdır” başlığı altında sərgi keçirildi.
Tədbirdə 4 və 6 saylı məktəbin bir qrup müəllim və şagird kollektivi, kitabxana nın fəal oxucuları iştirak edirdi. Sərgidə Azərbaycan təbiətinə həsr olunmuş ədəbiyyatlar, dövrü mətbuatda nəşr olunan məqalələr, Azərbaycanın füsunkar təbiətini əks etdirən fotoşəkillər öz əksini tapmışdır. Sərgidə nümayiş olunan materiallar haqqında kitabxananın müdiri Züleyxa Məlikova məktəblilərə ətraflı məlumat verdi. Eyni zamanda təbiəti sevməyin və qorumağın hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırdı.