12.10.2022
Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9№li kitabxana filialı 10.10.2022-ci il tarixdə Gəncə terroruilə bağlı “Nəsillərin yaddaşı silinmir” adlı anım günü keçirdi.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverənliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad edildi.Kitabxanaçısı Nərgiz Məmmədova Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumları edən Ermənistanın törətdiyi hərbi cinayət haqqında məlumat verdi.Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən xalq arasında qorxu və vahimə yaratmaq məqsədi ilə 2020-ci ilin oktyabr ayının 4-dən etibarənGəncə şəhərinin günahsız, dinc əhalisini hədəfə alır və mülki obyektləri atəşə tuturdu. Gəncəyə atılan raket nəticəsində 26 nəfər həyatını itirdi, 100-dən çox insan yaralandı, mülki obyektlər dağıdıldı, tarixi abidələrəzərər dəydi.
Daha sonra tədbirdə iştirak edən 37№-li tam orta məktəbin müəllimi Səidə Ağayeva çıxış edərək bildir ki,düşmənin Azərbaycan xalqına qarşı törətdiyi insanlıqdan uzaq cinayəti beynəlxalq ictimaiyyətə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur.Müharibənin bir daha təkrarlanmaması üçün müharibəni xatırlamağın nə qədər vacib olduğunu qeyd edərək, məktəblilərin gələcəkdə Vətənimizi, sərhədlərimizi, düşmənlərdən qoruya biləcək layiqli nəsil kimi yetişməsini arzulayıb.
Həmçinin Səkinə Hacıyeva çıxışında qeyd etdi ki,ən uca ad Şəhid adıdır, şəhidlik məqamına ucalan, Vətənimizin bütövlüyü və dövlətimizin toxunuzmazlığı uğrunda qəhrəmancasına vuruşmuş bütün Vətən övladlarının qarşısında baş əyirik! Vətənpərvərlik inancdan gəlir, Vətənimizə, millətimizə zərər verənləri bağışlamaq, unutmaq, unutdurmaq olmaz!