Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Söz Dünyasının Günəşi” adlı dəyirmi masa keçirilib

12.10.2022

11 oktyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Şəhər 1 saylı sənətkarlıq klubu, Şəhər 2 saylı klub və Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 881 illiyi ilə əlaqədar "Söz Dünyasının Günəşi" adlı dəyirmi masa keçirildi. Tədbirdən ilk öncə Şəhər 1 saylı sənətkarlıq klubunun təşkil etdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva Nizami Gəncəvinin həyatı haqqında geniş məlumat verdi. Şəhər 1 saylı sənətkarlıq klubunun müdiri Nazilə Kazımova, Tarix-diyarşünaslıq muzeyinin fond mühafizi Ulduz Bağırova, Şəhər 2 saylı klubun müdiri Sevda Məmmədova məruzə ətrafında çıxışlarını davam etdirdilər.

 

51.2 KB