12.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi şəhər kitabxana işçiləri 11 oktyabr 2022-ci il tarixdə 17oktyabr 2020-ci il tarixdə Qarabağ torpaqlarından olan Fizuli rayonunun içğaldan azad olunması münasibətilə «30ilin həsrəti bitdi» adlı Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy rayonunun2-ci Qarabağ vətən müharibəsində döyüşləri zamanı qəhrəmanlıqla döyüşən sağlamlığını itirmiş qazilərlə birlikdə dəyirmi masa keçirdilər. Dəyirmi masanı giriş sözü ilə filial kitabxana multimedia mütəxəsisi Kəmalə İsmayılova açaraq azərbaycan torpaqlarının azad olunmasında qəhrəmancasına şəhid olmuş döyüşçülərin xatirəsini ayaq üstə 1dəqiqəlik sükutla yad edilməsini xahiş etdi və Fizuli rayonu haqqında iştirakçılara məlumat verdi.2ci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərərək öz sağlamlığını itirmiş Qarabağ qazisi,Goranboy rayon 12 nömrəli ev sakini,ali baş komandan cənab İlham Əliyev tərəfindən təltif olunmuş Goranboy rayon 3nömrəli tam orta məktəbin riyaziyyat informatika müəllimi Əmrahov Ruslan Rəşid oğlu keçdiyi döyüş yolu haqqında məlumat verdi.Fizuli rayonunun keçmişi və işğaldan sonra quruculuq işlərindən kitabxana filialının müdiri Nərgiz Məmmədova danışdı.Dəyirmi masada 1saylı sənətkarlıq klubunun müdiri Nazilə Kazımova qazı Əmrahov Ruslan Rəşid oğlunun vətənpərvərliyi haqqında öz təəsürratlarını bildirdi.Dəyirmi masanın sonu xagirə şəkli çəkdirməklə tamamlandı.