12.10.2022
Gəncə Regional Mədəniyyət darəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində II Qarabağ müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad olunmasında misilsiz şücaət göstərən igidlərə həsr olunmuş, III cilddə olan “Qələbə şəhidləri” kitablarının təqdimatı keçirildi. Tədbir ilk öncə Şəhidlərin ruhunu bir dəqiqəlik sükut etməklə başladı. Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova apararaq bildirdiki, otuz ilə yaxın idi ki Qarabağ problemi öz həllini tapmırdı, torpaqlarımız düşmən tapdağı altında qalmışdı. Lakin Ali Baş Komandanımız, Qalib Prezidentimiz İlham Əliyevin dəmir yumruğu və müzəffər Milli Ordumuzun şanlı qələbəsi ilə 44 gün ərzində xalqımızın parlaq zəfəri ilə həll olundu. Sonra qeyd etdi ki, “Qələbə şəhidləri” kitabları Bakıda 2021-ci il “Radius” mətbəəsində 21sm ölçüdə, foto-şəkilli və 527, 558, 559 səhifələrdən ibarət olaraq çap olunmuşdur. Kitabın ilk cildində Tovuz təxribatından başlayaraq 44 günlük müharibədə öz canlarını torpaq uğrunda fəda edən şəhidlərin bir qismi haqqında məlumat verilmişdir. Tədbirdə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 №-li tam orta məktəbin Müəllimləri və 7-ci sinif şagirdləri iştirak etdilər. Tədbirin sonunda qeyd olundu ki, “Qələbə şəhidləri” kitablarını, kitabxananın fondundan istədikləri vaxt əldə edib oxuya bilərlər.