Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Erməni terrorunun sübutu-Gəncə hadisələri” mövzusunda anım günü keçirilib

11.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən Balestik raketlə vurulması ilə əlaqədar “Erməni terrorunun sübutu-Gəncə hadisələri” mövzusunda anım günü keçirib.

Tədbirdə Gəncə şəhəri 3 saylı Peşə Liseyinin müəllim və Turizm Təşkilatçısı ixtisasının tələbələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva iştirakçılara Ulu Öndər Heydər Əliyev Xatirə Muzeyi haqqında məlumat verib.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri öz çirkin əməllərinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Belə ki, oktyabr ayının 4-dən 17-dək 5 dəfə hərbi əməliyyatların getdiyi yerdən 60 km aralıda yerləşən Gəncə şəhərini raket zərbələrinə məruz qoyaraq beynəlxalq hüququ kobud şəkildə pozub. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova, elmi işçi Gülər Ellazova, bələdçi Könül Süleymanova, 3 saylı Peşə Liseyinin müəllimi Mehri İbrahimova çıxış edərək bildiriblər ki, Gəncə terroru, həmçinin Bərdə, Tərtər və digər bölgələrimizin raket hücumuna məruz qalması göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusu ilə üz-üzə, təkbətək döyüşmək yerinə, dinc sakinləri, silahsız qadın və uşaqları hədəf alır. 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın növbəti bariz nümunəsidir.

3 saylı Peşə Liseyinin tələbələri Qurban Hüseynov və Elgün Mehdiyev mövzu ilə bağlı öz fikirlərini bildiriblər, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

 

486 KB

 

514.9 KB

 

639.6 KB