25.05.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı kitabxana filialı Heydər Əliyev Mərkəzi ilə birlikdə 25 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə “Gözün aydın Azərbaycan” başlığı altında ədəbi-bədii kompozisiya keçirdi.
Tədbirdə 38 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova iştirakçıları salamlayaraq, tədbiri açıq elan etdi. Sonra Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə hazırlanmış video-çarx nümayiş etdirildi.
38 saylı orta məktəbin tarix müəlliməsi Təranə İbrahimova, Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva,çıxış edərək 100 il bundan əvvəl 28 may tarixində müsəlman şərqində yaradılmış ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin tarixi əhəmiyyətindən və bu şanlı tarixin Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğundan, hər il “Respublika günü” kimi təntənə ilə qeyd edildiyindən bəhs etdilər..
Heydər Əliyev Mərkəzinin foyesində kitabxananın təşkil etdiyi sərgidə Azərbaycan Xalq Cumhuriyyətin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, eləcədə respublikamızın mədəniyyətini, turizm imkanlarını, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən kitab , bukletlər də nümayiş etdirildi