11.10.2022
Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 11.10 2022 tarixdə "Gəncədə erməni terroru-2020" başlığı altında anım günü keçirdi. İlk öncə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri kitabxanaçı Asya Qurbanova qeyd etdi ki, 44 günlük vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri, qadağan olunmuş raketlərlə intensiv atəşə tutulmuşdur. Bu terror nəticəsində 26 nəfər həlak olmuşdur.Onlardan 1-i körpə, 5-i uşaq, 10-qadin, yaralananlardan 175 nəfər arasinda 32 uşaq 57 qadın olması birbaşa qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir. Burada bir fakt var ermənilərin öyündükləri ordusu Azrəbaycan ordusu ilə üz-üzə döyüşmək yerinə, dinc sakinləri hədəf alır. Onların humanitar atəşkəsdən sonra dinc insanları atəşə tutması barbarlığın baris nümunəsidir.
Tədbirdə iştirak edən oxucular şahid olduqları ,ürək dağlayan bu hadisələri yenidən xatirlayıb sözün əsl mənasında bir daha həmin hadisələri yenidən yaşayıb, dərin hüznlə andıar.