11.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı kitabxana filialı 10.10.2022-ci il tarixində "Gəncə Terroru"adlı söhbət keçirdi. Böyük kitabxanaçı Aynur Abbasova qeyd etdi ki,Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il ötür.Dördüncü raket hücumu 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır.Həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır.Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.Ermənistan ordusu Azərbaycan ordusu ilə təkbətək döyüşmək yerinə,dinc sakinləri,silahsız qadın və uşaqları hədəf alır.Ermənistan silahli qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.Tədbirin sonunda oxucular mövzu ətrafinda öz fikirlərini bildirdi.