11.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 10.08.22-ci il tarixində “Müharibə uşaqların gözü ilə”adlı II Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Arazov Səyyar Güloğlan oğlu, İsgəndərov Arzu Seymur oğlu,Qasımov Nicat Elşən oğlu və Qasımov Ramal Saleh oğlunun ailə üzvləri və övladları ilə görüş keçirildi. Tədbirdə Gəncə şəhər 26,32 №-li məktəbin müəllim və şagirdləri iştirak etdilər. TədbirAzərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsinin bir dəqiqəlik sükut olaraq yad edilməsi ilə başladı. Şöbənin müdiri Ellada Rəhimova tədbiri açıq elan edərək bildirdi ki, hər günü, hərsaatı xalqımızın şanlı tarixinə şərəflə, qürurla yazılmış 44 günlük Vətən müharibəsi millətimizin yenilməzliyini və birliyini dünyaya bir daha sübut etdi. 44 günün demək olarki, hər günündə düşmən üzərində parlaq qələbə qazanaraq ərazilərimiz işğaldan azad edildi, yağı düşmən əzəli və əbədi torpaqlarımızdan qovuldu. Hər gün ordumuz düşmənin yaratdığı "güclü ordu” mifini darmadağın edərək kəndləri, qəsəbələri, yüksəklikləri mənfur düşməndən təmizləyib üçrəngli bayrağımızı azad etdikləri ərazilərdə dalğalandırdılar. Bütün dünya Azərbaycan əsgərinin, Azərbacan zabitinin qəhrəmanlığını bir daha gördü. Tədbirdə adları çəkilən hər bir şəhid haqqında ətraflı məlumat verildi. Şəhid Qasımov Nicat Elşən oğlunun anası Nərminə ana oğlu ilə bağlı xatirələrini danışaraq onun vətənini, xalqını necə sevməsindən söhbət açdı. Tək təsəllisi isə övladının qisasının alınması və yaddan çıxarılmamasının olduğunu vurğuladı.Şəhid Arazov Səyyar Güloğlan oğlunun həyat yoldaşı Arazova Yeganə və Qasımov Ramal Saleh oğlunun həyat yoldaşıQasımova Şəhla xanım xatirələrini bölüşərək onların yoxluqlarını hələdə qəbul edə bilmədiklərini gözəl ata, səmimi və diqqətli həyat yoldaşı, cəsur və ən əsasıda vətənini canındanda artıq sevən bir azərbacanlı olduqlarını vurğuladılar. Görüşdə iştirak edən AYB-nin üzvü,şairə Aləmzər Əlizadə,26 №-li məktəbin müəlliməsi Aytəkin Nəzərova, 32 №-li məktəbin müəllimələri LaləDaşdəmirova,Samirə Səfərova, Mehriban Həsənova öz çıxışlarında bildirdilərki, tarixə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabr günü yaddaşlardan silinməyərək əbədi qalacaqdır. Azərbaycan ordusu döyüş meydanında canını-qanını verərək tarixi ədaləti bərpa etdi. Bu qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu və onların gələcək nəsillərə örnək olduqlarını qeyd etdilər.Tədbirdə adları çəkilən şəhid övladları və 32 №-li məktəbinyuxarı sinif şagirdləri vətənpərvərliyə, şəhidlərə, qələbəyə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda AYB üzvü, yazıçı Gülzar İbrahimovanın şəhid uşaqlarına göndərdiyi hədiyyələr uşaqlara təqdim olundu.