10.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 08.10.22 - ci il tarixdə İspan yazıçısı Migel de Servantesin anadan olmasının 465 illiyi ilə əlaqədar "Lamançlı Don Kixot" əsərinin müzakirəsi keçirildi.Tədbir kitabxananın əməkdaşı Vüsalə Mustafayevanın giriş sözü ilə başladı.Kitabxanaçı müəllifin həyat və yaradıcılığını və əsərin mühüm məqamlarını qeyd edərək bildirdi ki, "Don Kixot"romanı ümumbəşəri və dərin humanist ideyalar aşılayan gözəl sənət əsəridir.Sonra söz çıxışlara verildi və əsas fikirlər səsləndirildi.Qeyd olundu ki,Don Kixot əslində "mənfi" obraz deyil.Don Kixot əslində çox oxumuş,bilikli,düşüncəli adamdır, xəyalpərəst real gerçəklikdən uzaq bir insandır.Don Kixotun başına gələn faciələr onun humanizmindən və qəlbinin xeyirxahlığından irəli gəlir və onu gülünc vəziyyətlərə qoyur.Bildirildi ki,Don Kixot kübar nəslindən çıxmış Hidalqodur və bu hidalqo cəngavərlik romanları xəstəsidir.Digər oxucu qeyd etdi ki,donkixotculuğun nə vətəni var,nə milliyəti,donkixotçuluq həmişə var və olacaq.Tədbirin sonunda müzakirə yekunlaşaraq bildiridi ki, Servantesin "Don Kixot" romanı dünya ədəbiyyatının şah əsəridir və minlərlə cəngavərlik romanına nizə çevirən bir əsərdir.Don Kixot surəti isə timsala dönmüş ümumbəşəri surətdir.Aparıcı vurğuladı ki, "Don Kixot" romanı dünya ədəbiyyatı tarixində mühüm təsir gücünə malik bir əsər kimi şöhrət qazanmışdır və indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.