Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniyaya birgə yox deyək” başlığı altında sual-cavab gecəsi keçirilib

10.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncəşəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin aparılması iləəlaqədar olaraq “Narkomaniyaya birgə yox deyək” başlığı altında sual-cavab gecəsi keçirildi. Tədbir Azərbaycanın suverenliyi vəərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuşŞəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyükdür. Narkotikdən qorunmağın ən yaxşı yolu heç vaxt ondan istifadə etməməkdir.Sonra söz cəmiyyətdə“ağölüm” adlandırılan narkomaniya bəlasından öz şəxsi iş təcrübəsindən, faktlarla danışmaq üçün tədbirə dəvət olunmuşGəncəşəhər Rayonlar Arası Narkoloji Dispanserin əməkdaşı Vaqif Zamanovaverildi. Vaqif Zamanov hamını düşündürən, narahat edən bu bəla, onun fəsadlarıhaqqında genişçıxış etdi. Sonra məktəblilərin suallarını cavablandırdı. Tədbirdəçıxışüçün söz alan M.Mehdizadə adına xarici dillər təmayüllü 4 saylı tam orta məktəbin tarix müəllimi Əfsanə Sadıqova, kitabxanaçı Səfayət Məmmədova dedilər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcıdır. Çıxışçıların hər biri həyatı iflic edən bu bəladan məktəblilərin daim uzaq olmalarını tövsiyyə etdilər. Tədbirin sonunda iştirakçılarbirlikdə bütün gəncliyə“Narkomaniyaya birgə “YOX” deyək!” mesajı verdilər.

 

293.1 KB

 

321.5 KB