10.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 06.10.22-ci il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” hekayə-təmsilin müzakirəsi keçirildi. Tədbirdə Gəncə şəhər 26 nömrəli məktəb- lisey kompleksinin IV sinif şagirdləri iştirak etdilər. Şöbənin müdiri Ellada Rəhimova öncə şagirdlərə şair haqqında maraqlı,qısa məlumat verdi və həmçinin,meyvələrin əhəmiyyətindən danışdı, qeyd etdi ki, təbiətin bizə bəxş etdiyi ən qiymətli hədiyyələrdən olan meyvələr rəngarəng görünüşü və ləzzətli dadı ilə yanaşı sağlamlığımız üçün də çox faydalıdır. Xüsusilə mövsümi meyvələr çox zəruridir. Sonra uşaqlar “Meyvələrin söhbəti” hekayə-təmsili müzakirə edərək, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyblərini söyləməklə, lovğalığın və ümumilikdə mənasız mübahisənin heç kimə xeyir vermədiyini bildirdilər. Tədbirin sonunda məktəbin ibtidai sinif müəlliməsi Pərvanə Babayeva bildirdi ki,uşaqlar üçün nəsihətamiz formada yazılmış bu əsər uşaqların maraq dairəsinə çox yaxındır. Onlar bu əsərdə meyvələrin xüsusiyyətləri ilə yaxından tanış olmaqla bərabər, həmçinin ədalətsizliyin heçdə yaxşı əməl olmadığını öyrəndilər.