06.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar "Müəllim keçmişi öyrədən, gələcəyi qurandır" başlıqlı söhbət keçirdi. Böyük kitabxanaçı Günel Əliyeva oxuculara bu günün tarixi haqqında məlumat verdi.
Bildirdi ki, bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur.
Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir. Uşaqlarımızın təhsil və tərbiyəsi ilə məşğul olan bu insanların əməyi bir də ona görə çox əhəmiyyətlidir ki, onlar müstəqil Azərbaycanımızın gələcəyinin qurucularını hazırlayırlar.
Kitabxanaçı xüsusi vurğuladı ki, II Qarabağ Vətən Müharibəsində də müəllimlər bir daha vətənpərvərlik hissini üstün tutaraq, silaha sarılıb vətənin keşiyində böyük məğrurluqla döyüşüb şəhidlik zirvəsinə ucaldılar.Bu gün onların ruhunu böyük ehtiramla yad edib, gələcək nəsillərə örnək olaraq göstəririk.
Hər birimiz müəllim əməyinə hər zaman hörmətlə yanaşmalıyıq.
Sonda kitabxananın fəal oxucusu Quliyeva Əsra Bəxtiyar Vahabzadənin "Müəllim" şeirini səsləndirdi.