Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mənim sevimli müəlliməm ” adlı söhbət keçirilib

06.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 05.10.2022-ci il tarixində 5-Oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə "Mənim sevimli müəlliməm " adlı söhbət keçirtdi.Giriş sözü ilə şöbənin kitabxanaçısı Nərmin Qasımova tədbiri açıq elan edərək dəyərli peşə sahiblərini bayram münasibətilə təbrik etdi. Bildirdi ki, hər zaman övladları bildiyi şagirdlərinin sevincinə sevinib, kədərinə kədərlənən müəllim ömrü bizlərə əsl örnəkdir. Müəllim-adi söz olmayıb, müqəddəs peşədir. Müəllim-zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. Tədbirdə şagirdlər müəllimlərini söylədikləri şeirlərlə təbrik etdilər.Tədbir 26 nömrəli məktəbin IV sinifləri ilə birgə təşkil olunmuşdu.

 

129.5 KB

 

208.9 KB