Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Ən uca ali zirvə şəhidlikdir” başlıqlı anım günü keçirilib

05.10.2022

Gəncə şəhər Mərkəzi Kitabxananın Səyyar şöbəsi   05.10.2022-ci il tarixdə I Qarabağ müharibəsinin şəhidi Namiq Allahverdiyev Müslüm oğlunun anadan olmasının 55 illiyi ilə bağlı " Ən uca ali zirvə şəhidlikdir" başlıqlı anım günü keçirdi.Tədbir iştirakçıları Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Anım gününü Səyyar şöbənin kitabxanaçısı Lalə Dadaşova  açaraq söylədi ki, torpaqlarımızın bütövlüyü uğrunda neçə- neçə igidlərimiz şəhid olmuşlar.
Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.1984-cü ildə 1 nömrəli tam orta məktəbi bitirmişdir.1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987- ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.1988- ci ildə erməni təcavüzkarların xalqımızı narahat etməyə başlamışdı.Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi.Könüllülər sırasına yazılanlardan biri də Namiq oldu.O ilk döyüşünə Qubadlı rayonundan başladı.O, Laçın , Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir.9 iyun 1992-ci ildə Cəmilli yüksəkliyi uğrunda gedən döyüşlərdə Namiq Allahverdiyev qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikasının prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra " Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.O,Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin.Sonda 10 nömrəli məktəbin şagirdləri qəhrəman şəhidlərimizə aid şeirlər söylədilər.

 

74.2 KB

 

72.1 KB