Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Azad oldu torpağın , rahat uyu qəhrəmanım” başlıqlı söhbət keçirillib

05.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  6 saylı Gənclər Kitabxana filialında 05.10.2022-ci il tarixində  Azərbaycanın Milli Qəhrəmanı  Namiq  Allahverdiyevin 55 illiyi ilə  bağlı  "Azad oldu torpağın , rahat uyu qəhrəmanım" başlıqlı söhbət keçirilldi.
Tədbir torpaqlarımızın azadlığı uğrunda  gedən döyüşlərdə  həlak olmuş bütün  şəhidlərin  xatirəsini  bir  dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə kitabxananın fəal oxucuları  və İsmət  Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdləri və müəllimi iştirak edirdi.
Tədbiri açıq elan edən   kitabxananın müdiri Məryam Məmmədova gənclərə şəhid Namiq  Allahverdiyev  haqqında  ətraflı məlumat  verdi və şəhidin keçdiyi  ağır döyüş  yolu haqqında uşaqları maraqlandıracaq  suallar cavablandırıldı. Tədbirdə uşaqlar şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Müəllimə   Ləman    Pənahova məktəbdən şəhid  olmuş  gənclər haqqında    məlumat verdi və  tədbir yekunlaşdı. 
Allahdan şəhidlərə rəhmət  qazilərə can sağlığı arzulandı.

 

159.2 KB