Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müəllim-ən uca ad, ən şərəfli peşə” adlı söhbət keçirilib

05.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 05.10.2022 ci il tarixində Beynəlxalq müəllimlər günü ilə bağlı “Müəllim-ən uca ad, ən şərəfli peşə” adlı söhbət keçirildi. 
Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq  bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbi qulluqçular arasında şəhid müəllimlər də var. Onlar Vüqar Vəliyev, Famil Əhmədzadə, Rəşad Məmmədov, Elvin İmaməliyev, Etiram Hüseynli, Qoşqar Ömərov, Vidadi İsrafilov, Elxan Rzayev, Xalid Nəciyev, Elgün Quliyev, Tural Rəhimov, Rəvan Lətifov, Əvdil Quliyev, Rabil İsmayılov, Emil Qurbanov və Kənan Müzəffərlidir.
Nailə Məmmədova bildirdi, ki müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi:” Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq gostərən insanlardır”. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
     Daha sonra   Gəncə Şəhər Diyarşünaslıq evinin metodist Leyla Əliyeva çıxış edərək, Azərbaycan təhsilinin inkişafında zəhmətləri olan müəllimləri təbrik etdi.
Tədbirdə Gəncə şəhər Diyarşünaslıq evinin kollektivi  və Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi iştirak etdi.

 

215.6 KB