Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Cəbrayıl qayıdışın mübarək” adlı tədbir keçirilib

05.10.2022

04.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində "3 oktyabr Suqovuşanın azad edilməsi günü" "Qovuşarıq yurdumuza" və "4 oktyabr Cəbrayılın işğaldan azad edilməsi günü " ilə əlaqədar olaraq "Cəbrayıl qayıdışın mübarək" adlı tədbir keçirildi. Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Şanlı Azərbaycan Ordusunun tariximizə yazdığı Zəfər sözündən və 30 ildən artıq bir çox təşkilatlar və qurumlar tərəfindən həll edilə bilməyən " Qarabağ düyünü"nü Şanlı Ordumuzun cəmi 44 günə açmasından danışdı. Samux rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Raziyə Qasımova, elmi işçisi Aygül Cabbarova, əməkdaşı Zenfira Qılıcova mövzu ətrafında geniş nitq söylədilər.

 

209.3 KB