Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Bu günün,gələcəyin  şairi  Nizami Gəncəvi...” adlı  tədbir keçirilib.

05.10.2022

       05.10.2022-ci il  tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Mədəniyyət  Mərkəzində  Dahi  Azərbaycan  şairi  və mütəfəkkiri   Nizami  Gəncəvinin 881-ci  ildönümünə həsr  olunmuş  “  Bu günün,gələcəyin  şairi  Nizami Gəncəvi...” adlı  tədbir keçirilib.

      Tədbir Dahi Azərbaycan  şairi və mütəfəkkiri Nizami  Gəncəvinin Məqbərəsini ziyarətlə  başladı.

      Məqbərənin  ziyarətindən sonra  tədbir  Gəncə  şəhər Mədəniyyət Mərkəzində  davam  etdirildi.

      Əvvəlcə  Azərbaycan Respublikasının  müstəqilliyi  və  suverenliyi  uğrunda şəhid olmuş  Vətən  övladlarının  əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edildi .

      Sonra  Gəncə şəhər Mədəniyyət  Mərkəzinin direktoru  Afina  Ələkbərova  çıxış  edərək   Nizami  Gəncəvinin  həyat  və  yaradıcılığı  haqqında  qısa  məlumat  verdi.  O , qeyd  etdi ki,böyük  şairin  zəngin  yaradıcılığı  qədim  tarixə malik  Azərbaycan  mədəniyyətinin  inkişafinda  parlaq  mərhələdir. Böyük  Azərbaycan  şairi  və mütəfəkkiri  Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarından biridir. Onun  poeziyasında   hər  bir mövzu və hadisə mütəfəkkir şair  qəlbindən keçərək ,dərin ictimai  və fəlsəfi məzmun  almışdır.

    Sonra  Mədəniyyət Mərkəzinin kurs  tələbələri Nizami Gəncəvinin seirlərindən parçalar söylədilər və dahi şairin qəzəllərinə yazılmış  mahnılar səsləndirildi.

    Tədbirin sonunda  Nizami  Gəncəvinin  əsərlərindən  ibarət rəsm sərgisi nümayiş etdirildi.

   Tədbirdə  Gəncə şəhər Mədəniyyət Mərkəzinin filiallarının işçiləri və ərazi sakinləri iştirak etdilər.

 

148.7 KB

 

117.2 KB

 

103 KB