24.05.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Naftalan şəhər Heydər Əliyev Mərkəzində, şəhər Gənclər və İdman İdarəsi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev açaraq Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olması barədə ətraflı məlumat verdi.
“Azərbaycan Xalq Cümhuriyyəti-Şərqdə ilk parlamentli respublika” mövzusunda Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin tarix müəllimi Əfruz Ələkbərova geniş məruzə etdi. Məruzə ətrafında Naftalan şəhər Gənclər və İdman İdarəsinin məsul işçisi Elçin Məmmədzadə çıxış etdi.