04.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncəşəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında Azərbaycanın qədim yurdu Cəbrayılın işğaldan azad edilməsi ilə əlaqədar olaraq “Ordumuz qürurumuzdur” başlığı altında şeir gecəsi keçirildi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, sabah iki il bundan öncə 4 Oktyabr 2020-ci il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin müjdəsini verdiyi doğma yurdumuz Azərbaycanın əzəli vəəbədi torpağı olan Cəbrayıl şəhərinin 27 illik əsarətdən sonra düşmən işğalından azad olunduğu gündür.
Tədbir Azərbaycanın suverenliyi vəərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuşŞəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə bu ilin sentyabr ayının 12-dədüşmən tərəfindən törədilən genişmiqyaslıtəxribatın qarşısının alınmasızamanışəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı Asiman Mehman oğlu İmamverdiyevin həyat yoldaşı Maral İmamverdiyeva, övladları Nicat və Nuray İmamverdiyevlər, xalası və qaynanası Reyhan Ələkbərova, M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Gülnar Kərimova, filialın kitabxanaçısı Esmira Məlikova çıxış etdilər. Çıxışçılar bizə bu günləri yaşatdıqlarıüçün Ali Baş Komandanımız İlham Əliyevə, Müzəffər Ordumuza, Şəhidlərimizə, Qazilərimizədaim minnətdar olduqlarını xüsusi olaraq vurğuladılar.Sonra Şəhidimizin övladları, M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin III sinif şagirdləri Vətənimizə, Müzəffər Ordumuza, Şəhidlərimizə həsr olunmuşşeirlər səsləndirdilər.Şagird Həsrət Ələsgərli Şəhidlərə həsr olunmuşşeir parçasını söyləyib, Şəhid ailəsi qarşısında başəydi. Tədbirin aparıcısıfilialın müdir əvəzi Şəhla İlyasova kitabxana adından torpaqlarımızın işğaldan azad olunduğu tarixlər qeyd olunmuş, QARABAĞ AZƏRBAYCANDIR başlıqlıəlfəcinləri uşaqlara hədiyyə etdi. Dedi ki, bu əlfəcinləri dərs kitablarınızın vərəqləri arasında saxlayın və bu tarixi bizə yaşadanlarla daima qürur duyun. Vaxt vardı biz kitabxanamızda təşkil etdiyimiz tədbirlərdə bu ərazilərin işğal tarixini böyük kədər hissi iləkeçirirdik. İndi isə qürurla deyirik.