04.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 1 oktyabr 2022- ci il tarixində Beynəlxalq Ahıllar Günü ilə bağlı söhbət keçirdi.Tədbiri kitabxanaçı Aidə Abdullayeva açıq elan edərək bütün yaşlı insanları bu gün münasibətilə təbrik etdi.O bildirdi ki, BMT-nin Baş Assambleyasının qətnaməsinə görə 1990- cı ildən 1 oktyabr Beynəlxalq Ahıllar Günü kimi qeyd edilməsi nəzərdə tutulmuşdur.
Bizim ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən 1993- cü ildən qeyd olunmağa başlanmışdır.Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirərək ahıllara, onların sosial müdafiəsinə qayğını ildən - ilə gücləndirir.Deyə bilərik ki, qocalar üçün yaradılan Ahıllar evində onların rahat yaşaması üçün hər bir şərait yaradılmışdır.Hər bayramlarda sakinlər onlara baş çəkir, onlarla maraqlanırlar.
Bizim cəmiyyətimizdə ahıllara daim qayğı və nəvaziş göstərilib.Gənclərimiz həmişə böyük sözünə ehtiyac duymuş, onların məsləhətinə qulaq asmışlar.Yaşlı insanlar uşaq kimi kövrək, yumşaqqəlbli olurlar.Onların bahalı hədiyyələrə deyil, sadəcə nəvazişə və xoş rəftara ehtiyacları var.Onlara hörmət və qayğı göstərmək hamımızın borcudur.Tədbirdə iştirak edən yaşlı insanlar onlara göstərilən dövlət qayğısından , indiki gənc nəsildən razı qaldıqlarını bildirdilər.