Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocavənd-Fizuli əzəl yurdumuzdur” başlığı altında informasiya saatı  keçirilib

04.10.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalı "Xocavənd-Fizuli əzəl yurdumuzdur"başlığı altında informasiya saatı  keçirdi.

Tədbiri giriş sözü ilə  kitabxanaçı  Mina Məmmədova açaraq Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Bildirdi ki,Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi.Xocavənd rayonu  1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi  azad olunub.

Tədbirdə Mərkəzi Kitabxananın fəal oxucuları da iştirak etdi.

 

121.3 KB

 

111.5 KB