30.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında alim-sair, Gəncə Dövlət Universitetinin Pedaqoji fakultəsinin dekanı, 2002-ci il Prezident Təqaüdçüsu Bayram Apoyevin(Agrıdağ) "Şuşanamə" kitabının təqdimatı keçirildi.
Tədbirdə ilk öncə Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş Şəhidlərin ruhu 1 dəqiqəlik sūkutla yad edildi. Sonra Bayram Apoyevin Şuşanamə kitabı ilə bağlı tərtib edilmiş videoçarx nümayiş edildi.
Təqdimat mərasimində iştirak edən qonlar-yazıçı,nasir, publisist Qərib Mehdi, AYB Gəncə bölməsinin baş məsləhətçisi Aləmzər Əlizadə, AMEA Gəncə bölməsinin dosenti Aləmzər Tağıyeva, AMEA Gəncə bölməsinin filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, şair Almaz Yusifqızı, Əməkdar Mədəniyyət işçisi, şair Bəxtiyar Muradov, yazıçı, dramaturq Zaur Quliyev, Şəhid Elşad Fərəcullayevin anası Nənəxanım ana, şəhid Elşən Dünyamalıyevin anası Rəbiyyə ana çıxış edərək Bayram müəllimin yeni kitabı ilə bağlı dəyərli, elmi, təbrik dolu çıxışlar edərək mūəliffə kitablarının sayca daha bol olacaq ilham dolu, nailiyyət dolu omur arzu etdilər.
Kitabxananın kiçik dostları, tədbirlərin fəal iştirakçıları Damla və Nihat Məmmədli Bayram Ağrıdağın Şuşanamə kitabından “Şuşa Milli Kimliyimiz və İrəli” şeirlərini, Bayram Apoyevin nəvələri Səda və Nilay babalarının kitabda yer almış vətən sevgili, zəfər müjdəli şeirlərini, kitabxananın əməkdaşı Risalə “Ruhum gələcək” şeirlərini ifa etdilər.
Sonda müəllif kitabın yaranma tarixindən, 2022 ci il may ayının 7 də Şuşa şəhərinə ziyarətindən danışdı və tədbirin təşkilatçılarına, iştirakçılara öz təşəkkürünü bildirdi.