Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Verdiyevin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

30.09.2022

29 sentyabr 2022-ci il tarixində Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq artisti, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Prezident təqaüdçüsü, tarzən Fikrət Verdiyevin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov, Filarmoniyanın “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Sahil Quliyev, Xalq artistləri, Əməkdar İncəsənət xadimləri, Əməkdar artistlər və digər qonaqlar iştirak etmişlər.

Gəncədən F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Filarmoniyanın solisti Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rövşən Məmmədov və Samir Məmmədov yaradıcılıq gecədə çıxış etmişlər.

 

112.1 KB

 

107.4 KB

 

127.8 KB