Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağın sinəsində Azərbaycan möcüzəsi” başlığı altında kitab sərgisi təşkil edilib

28.09.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 28.09.22-ci il tarixində Azərbaycan Respublikasında 2022-ci il “Şuşa ili” elan edilməsi ilə əlaqədar “Qarabağın sinəsində Azərbaycan möcüzəsi” başlığı altında kitab sərgisi təşkil etdi. Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq tədbir iştirakçılarına Şuşa şəhəri haqqında məlumat verərək bildirdi ki, Şuşa Azərbaycanın qədim tarixinə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Azərbaycan xalqının  yaradıcılıq dühasının möcüzəsi olan Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir.Şuşa Azərbaycan xalqı üçün son dərəcə müqəddəs ziyarətgah qədər əziz olan yurd yeridir.Çünki dünyanın bu füsunkar guşəsi bütün tarixi dövürlərdə Azərbaycanın  cənnəti olan Qarabağın sinəsində ona həyat verən bir ürək kimi döyünmüş, aranlı yaylaqlı bütün Qarabağın mərkəzi olmuşdur. Daha sonra sərgidə olan kitablarla oxucuları tanış edərək, kitablar haqqında geniş məlumat verdi. Sonda qeyd olundu ki, Qarabağın tarixinə  həsr olunmuş kitabları uşaq kitabxanasının fondundan əldə edib oxuya bilərlər. Tədbirdə kitabxananın müxtəlif yaş qrupundan olan oxucuları iştirak etdilər.

 

121.2 KB

 

120.9 KB