Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən müharibəsi xatirələrdə” adlı  açıq dərs keçirilib

27.09.2022

27.09.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Anım  günü münasibəti ilə “Vətən müharibəsi xatirələrdə” adlı  açıq dərs keçirdi. 

Tədbir Samux rayon  M.Ə.Sabir adına 1 saylı lisey məktəbin 5b sinif şagirdləri ilə birgə keçirildi.

İlk öncə  ərazi  bütövlüyümüz uğrunda canından keçən Vətən oğullarının xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqları salamlayaraq, Zəfər tarixindən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açdı, Şəhidlərimizin əziz xatirəsi yad edildi.

30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və döğma yurdlarına qayıtmaq imkanlarının yaradılması misilsiz tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğuladı.

27 sentyabr  2020-ci il. Bu tarix xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi, xalqımıza qələbə sevinci yaşatdı. Xalqımızın igid oğulları qanı bahasına tarix yazdı. Şanlı Azətbaycan Tarixi. O Tarixi ki, 30 ilə yaxın bir müddətdə işğal olunmuş Azəbaycan torpaqları 44 gün ərzində düşməndən azad oldu. O Tarixi ki, Azərbaycan bayrağı Qarabağ torpağında–Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, Füzulimizdə dalğalandı. 

Məhz Prezidentimizin Sərəncamına əsasən 27 Sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur.    

Sonda məktəblilər Şəhidlərimizə aid şeirlər səsləndirdilər. 

 

172.9 KB