27.09.2022
27.09.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qiyaslı kənd kitabxana filialı 27 sentyabr 2020-ci il 44 günlük 1-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş "Zəfərin başlanğıcı"adlı dəyirmi masa keçirdi.Tədbirdə Qiyaslı kənd orta məktəbin müəllim və şagirdləri iştirak etdi.İlk öncə torpaqlarımızın bütovlüyü ugrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxanaçı Gunel Cəfərova çıxışında qeyd etdi ki,ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabırın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında"sərəncama əsasən hər il 27 sentyabr ikinci qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anım günüdür.Tarix müəllimi Məmmədov Vüsal çıxış edərərək bildirdi ki,Azərbaycan xalqının yaxın,uzaq tarixindəki şanlı,şərəfli günlər əlamətdar hadisələri saymaqla bitib-tükənən deyil,Iakin 2020-ci ilin sentyabrında 28 ildən bəri torpaqlarımızı işğal altında saxlayan düşmənin növbəti təxribatına cavab olaraq başlanan əks-hücum zəmnində yaranan yeni zəfərlər tarixinin tayı-bərabəri yoxdur.Məktəbin müəllimi Hüseynova Starə 12 sentyabr 2022-ci il tarixdə mənfur erməni birləşmələrinin bütün sərhəd boyu növbəti təxribatından və rəşadətli ordumuzun peşəkarlıqla həyata keçirdiyi əks hücumundan danışdı.Oxucu Lalə Qurbanova 44 günlük müharibədə xalq-ordu birliyindən danışdı.Məktəbli Namazova Nübar şəhidlərə həsr olunmuş "Torpaq uğrunda",Əhmədova Türkan "Şəhid anası",Əhmədova İlahə "Ordumuz" şeirlərini söylədilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin.