Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

44 günlük Vətən müharibəsi qazisi ilə görüş keçirilib

27.09.2022

27 sentyabr 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Allıkənd kənd kitabxana filialında 44 günlük Vətən müharibəsi qazisi Müddətdən Artıq  Xidmət  Edən  (MAXE) Əlizadə Təbriz Vaqif oğlu ilə görüş keçirildi.Görüşdə Allıkənd kənd kitabxana filialının müdiri Həsənova Mahirə çıxış edərək Vətən müharibəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qazi Əlizadə Təbriz 44 günlük Vətən müharibəsində  Suqovuşan-Murovdağ uğrunda gedən döyüşlərdə iştirak etməsindən,şərəfli döyüş yolundan, danışdı.Görüşdə MKS-in direktoru Sadiqə Quliyeva çıxış edərək ,Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz şücaətlər göstərməsindən, torpaqlarımızın müdafiəsi uğrunda örnək olacaq mübarizə aparmasından, bunun nəticəsində Azərbaycan xalqı 30 il ərzində işğala məruz qalan doğma yurdlarına qovuşmasından, və bu qələbə heç də təkcə 44 günlük müharibənin nəticəsi deyil  son 17 ildə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadiyyatımızın daha da gücləndirilməsi, qazanılan beynəlxalq nüfuz, gənclərimizin vətənpərvər ruhda tərbiyəsi, Vətənə canla-qanla bağlılıq, milli-mənəvi dəyərlərə hörmət hisslərinin təbliğ edilməsi kimi mühüm addımlar möhtəşəm zəfərimizin olmasından danışdı.

 

68.9 KB