27.09.2022
27 sentyabr 2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbinin kollektivi Anım günü ilə əlaqədar torpaqlarımızın suverenliyi uğrunda qəhrəmancasına həlak olmuş Azərbaycan oğullarının xatirəsinə ucaldılmış Memorial Kompleksdə olmuş,şəhidlərin abidələri önünə gül dəstələri düzmüşlər.Daha sonra Goranboy rayonunun Balakürd kənd qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərimizin məzarları ziyarət edib,əziz xatirələrini ehtiramla anıblar.
Allah şəhidlərimizə rəhmət eləsin