Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri

28.05.2018

Gəncə Rəgional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

Tədbirdən əvvəl Xocalı rayon İcra Hakimiyyətinin rəhbərliyi, digər idarə, müəssisə, təşkilat rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər.

Sonra Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab sərgisinə baxış keçirildi. Mədəniyyət evinin iclas salonunda davam edən tədbiri Xocalı rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Səxavət Hüseynov açdı.

Sonda Xocalı rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələləri üzrə şöbənin baş məsləhətçisi Anar Əliyev çıxış etdi.