27.09.2022
27.09.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyində anım günü ilə əlaqədar "Unudulmaz qəhrəmanlar" adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon Kosalar kənd icra nümayəndəliyinin əməkdaşları da iştirak etdi.Tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.Sonra muzeyin bələdçisi Xatirə İsmayılova məruzə ilə çıxış etdi.Məruzə ətrafında çıxışlar davam etdirildi.Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.Daha sonra Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyinin işçiləri və Kosalar kənd Mədəni-maarif müəssisələrinin işçilərinin iştirakı ilə Gəncə şəhər Şəhidlər xiyabanı ziyarət olundu.Abidə kompleksi önünə gül dəstələri düzüldü.