Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbə sənindir Azərbaycan! ”adlı tədbir keçirilib

27.09.2022

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci  il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Vətənimizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.  26 sentyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində 27 sentyabr Anım Gününə həsr olunmuş "Qələbə sənindir Azərbaycan! "adlı tədbir keçirildi.

Tədbirdən öncə məktəbin şagird və müəllim kollektivi Gəncə şəhərinin "Şəhidlər Xiyabanını" ziyarət etmişlər. Əllərində üçrəngli Azərbaycan Bayrağı və şəhidlərin şəkillərini tutmuş şagirdlər vətənə aid şerlər səsləndirdilər. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb ,məzarları üzərinə gül dəstələri düzülüb,onların müqəddəs ruhuna dualar oxundu. 

 

134.6 KB

 

96.4 KB