Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərə aparan yolun ilk günü-27 sentyabr” adlı tədbir keçirilmişdir.

27.09.2022

26.09.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samux rayon Təhsil Şöbəsi, Samux rayon Mərkəzdirilmiş Kitabxana Sistemi, Gənclərin İnkişaf Kariyera Mərkəzinin Samux nümayəndəliyinin,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” nin birgə təşkilatçılığı ilə "Zəfərə aparan yolun ilk günü-27 sentyabr" adlı tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı və Vətəninin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsininin bir dəqiqəlik sükutla yad edildi.

Vətən müharibəsində canını yurdu bayrağı uğrunda fəda etmiş Samux şəhidlərindən bəhs edən videoçarx izlənildi.

Tədbirdə şəhid Bəylərov Seymurun anası Bəylərova Gülgəz xanım və şəhid Şəfiyev Daşqının anası Şəfiyeva Gülnaz xanım çıxış edərək tariximizə qanları bahasına Şanlı Zəfər sözünü yazmış şəhidlərin anası olmağın nə qədər şərəfli bir o qədər də ağır olmasından, xalqımızın birliyindən və igid oğullarımızın sayəsində qəhrəmanlıq dastanı yazılmasından bəhs etdilər.

Tədbirin sonunda yaxasında şəhidlərimizin rəsmi olan köynəkləri geyinmiş Samux şəhər 1 saylı məktəb liseyin şagirdləri "Şəhidlər ölməz Vətən bölünməz" adlı kompozisiyanı təqdim etdilər.

 

29.5 KB

 

38.6 KB

 

37 KB