Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarix yazıb-tarixə sığmayan şəhidlər”adlı anım tədbiri keçirilib

26.09.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Uşaq Kitabxanası 26.09.2022 ci il tarixdə 27 Sentyabr Anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində "Tarix yazıb-tarixə sığmayan şəhidlər"adlı anım tədbiri keçirildi.

İlk  öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Uşaq kitabxanasının baş  kitabxanaçısı Gülər Aslanova tədbir haqqında geniş məlumat verdi və qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğu" və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bütövləşdik, otuz illik həsrətə onların  sayəsində son qoyduq,onların həyat yolu sizlər üçün bir yoldur tarixdir.Uşaq kitabxanasının işçisi Pakizə İşmayılova"Unutmayaq, Unutdurmayaq" adlı məruzə ilə çıxış edərək qeyd etdiki onlar bizim üçün vuruşdular,sizlərin xöşbəxt,firavan gələcəyiniz üçün şəhid oldular, sağlamlıqlarını itirdilər bizlərə qalan isə onların xatirəsini əziz tutmaq həmişə anmaq,xatırlamaq, unutmamaqdır.

Tədbirdə 2 saylı tam orta məktəbin 8c-sinif şagirdləri hərbi -vətənpərvərlik mövzusunda yazılmış şeirlər söylədilər.

Rayon mərkəzində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsinə uçaldılan abidəni ziyarət etdik və üzərinə gül dəstələri düzüldü.

 

126.6 KB