Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 sentyabr – Milli Musiqi Günü fərqli abu-havada qeyd olunub

18.09.2022

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Sentyabr ayının 12-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törədilən təxribat nəticəsində şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsinə hörmət əlaməti olaraq Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb.

18 sentyabr – Milli Musiqi Günü bu gün ölkəmizdə, o cümlədən Gəncə şəhərində fərqli abu-havada qeyd olunub. Belə ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bu gün saat 12:00-da ölkədəki mədəniyyət ocaqlarında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gəncədə sözügedən tədbir F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında reallaşıb. Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşaiyəti, şəhid valideynləri və övladlarının, qazilərin, Gəncə terrorundan zərər çəkmiş ailələrinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.

 

203.3 KB

 

140.7 KB

 

88.7 KB