Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nizami Gəncəvinin 881 illiyi ilə əlaqədar tədbir keçirilib

13.09.2022

12.09.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyi, Xocalı rayon Kosalar kənd Mədəni -maarif müəssisələrinin işçilərinin iştirakı ilə Nizami Gəncəvinin 881 illiyi ilə əlaqədar tədbir keçirildi.Tədbiri giriş sözü ilə Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov açdı.
Məruzə üçün söz Mədəniyyət evinin metodisti Şamil Bağırova verildi.Sonra Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov çıxış edərək Nizami Gəncəvinin zəngin yaradıcılığından söhbət açdı.Daha sonra tədbir iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər.Bələdçi Hüseynova Aynurə Nizami Gəncəvinin həyatı haqqında ziyarətçilərə ətraflı məlumat verdi.
Ziyarətçilər sonra Nizami Gəncəvi muzeyində oldular.

 

101.8 KB