Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yusif Vəzir Çəmənzəminlinin bədii irsi” adlı kitab xülasəsi keçirilib

12.09.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abonement şöbəsində  12.09. 2022 –ci il   tarixdə   dövlət xadimi və yazıçı  Yusif Vəzir Çəmənzəminlinin  anadan olmasının 135 illiyi ilə bağlı  “Yusif Vəzir Çəmənzəminlinin   bədii  irsi” adlı kitab xülasəsi keçirildi. Abonement  şöbəsinin   kitabxanaçısı  Afaq Bağırova yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi.  Sonra yazıçının bu gün də sevə- sevə oxunan  “Əsərləri I,II,III cild,   “Bir cavanın dəftəri” ,  Seçilmiş əsərləri I, II cild”  kitablarının xülasəsi ilə  oxucuları tanış etdi.

 

161.9 KB