Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qaranlıq içərisində közərən Çəmənzəminli” adlı sərgi təşkil edilib

12.09.2022

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 12.09.22- ci il tarixdə "Qaranlıq içərisində közərən Çəmənzəminli" adlı sərgi təşkil etdi.Sərgini böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı.Kitabxanaçı əvvəlcə ədibin həyat və yaradıcılığı haqqında məlumat verdi.Qeyd olundu ki,Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12- də  Şuşa şəhərində anadan olmuş,ilk təhsilini Şuşada Molla Mehdinin məktəbində,daha sonra Şuşa realnı məktəbində,1906-cı ildə isə Bakı realnı məktəbdə,1910-1915-ci illərdə Kiyev Universitetinin hüquq fakultəsində oxumuşdur.İlk mətbu əsəri Molla Nəsrəddin jurnalında çap olunmuş"Müdiri- möhtərəm"(1907)adlı məktubdur.Kitabxanaçı bildirdi ki,Y.V.Çəmənzəminli kiçik hekayələr ustası olsa da,ədəbiyyat tariximizdə romanlar müəllifi kimi tanınır.Ədibin "Studentlər", "Qan içində", "Qızlar bulağı" və s.romanları ona böyük şöhrət gətirmişdir.Kitabxanaçı vurğuladı ki,ədib 1940-cı ildə həbs edilur və Qorki vilayətinin Suxobezvodnoye kəbdinə sürgün olunur və 1943-cü ildə orada vəfat edir.Sonra kitabxanaçı oxucuları sərgi ilə tanış etdi.Sərgidə yazıçının kitabları,haqqında yazılan kitablar,müxtəlif mətbuat səhifələrində onun haqqında nəşr olunmuş məqalələr,onun fotoları,sitatlar nümayiş olunmuşdu.Sərgini təqdim etməkdə əsas məqsədimiz oxucuların Yusif Vəzir Çəmənzəminli haqqında olan məlumatlarını daha da artırmaq və təbliğ etməkdir.

 

73.1 KB