12.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3saylı kitabxana filialı 11.09.2022-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Yusif Vəzir Çəmənzəminlinin 135 illiyi ilə əlaqədar olaraq "Qan içində","Qızlar bulağı","Iki od arasında","Əli və Nino" əsərlərinin xülasəsi keçirildi.Kitabxanaçı Günel Kərimova tədbir iştirakçılarına yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Bildirdi ki,Yusif Vəzir Çəmənzəminli 1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
İstedadlı nasir ,ədəbiyyatımızda tarixi roman janrının ən qüdrətli yaradıcısı,hekayə ustası,ictimai xadim Y.V.Çəmənzəminli zəngin və mürəkkəb bir həyat yolu keçmiş,gördüklərini ,yaşadıqlarını,düşündüklərini parlaq bədii boyalarla əks etdirmiş və mədəniyyətimizin tarixində qiymətli bir irs qoymuşdur.Yazıçının "Qızlar bulağı "əsəri ədəbiyyatımızda ilk tarixi -fəlsəfi romanıdır. Doğma xalqının taleyi və tarixi yazıçını ömür boyu düşündürmüş o bu xalqın mənşəyini,köklərini arayıb axtarış və romanda əks etdirmişdir. Yusif Vəzir Çəmənzəminli XVIIIəsrin böyük sənətkarı və dövlət xadimi Molla Pənah Vaqifin adıyla bağlı olan "Iki od arasında"romanıda yüksək bədii sənətkarlıqla öz əksini tapmış və ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur.
Kitabxanaçı yazıçının yazdığı romanlarının qısa məzmunu haqqında məlumat verdikdən sonra kitabxananın fəal oxucuları romanda baş vermiş hadisələr haqqında öz fikirlərini söylədilər.