24.05.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyət göstərən Naftalan şəhər Uşaq Musiqi Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Dur ayağa məmləkətim, qalx ayağa millətim!” adlı tədbir keçirildi.
Məktəbin direktoru Almaz Əliyeva tədbiri açıq elan edərək iştirakçılarını “28 May Respublika günü” münasibət ilə təbrik etdi. Məktəbin müəllimi Taliyə Şahmuradova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məlumat verdi.
Daha sonra məktəbin konsert proqramı təqdim edildi. Konsertdə məktəbin uşaq xor kollektivinin ifasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunmuş, bəstəkar Teymur Cəbrayılovun “El oğlu” əsəri ilə başladı.
Konsetdə Azərbaycan xalq mahnı və rəqsləri, dünya bəstəkarlarının əsərləri, vokal qrupların çıxışları və s. təqdim edildi.