09.09.2022
07 sentyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə “ Sülh aylığı” çərçivəsində “ Sülh inkişafın əsas təməlidir” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Azərbaycan Respublikasının hər zaman sülhsevər siyasət yürütdüyünü, ölkədaxili və beynəlxalq münasibətlərdə sülhə böyük tövhələr verdiyini, xalqımızın sülhpərvər dəyərlərinin dünya sülhünə də model olduğunu vurğuladı. Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinin əməkdaşı Südabə Həsənova “Sülh aylığı” mövzusundan geniş və ətraflı məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Səidə Abdullayeva çıxışında 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi” ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırışından danışdı. Mərkəzi Kitabxananın əməkdaşı Ülviyyə Kazımova, Şəhər Kitabxana filialının əməkdaşı Kəmalə İsmayılova məruzə ətrafında çıxışlarını davam etdirdilər.