Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Balaca şahzadə” kitabının təqdimatı keçirilib

09.09.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 09.09.2022-ci il tarixində məhşur Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” kitabının təqdimatı keçirildi. Tədbiri aparan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva kitab haqqında geniş məlumat verdi. Bildirdi ki, yazıçı və təyyarəçi Antuan de Sent-Ekzüperi Fransa ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. O, “Balaca şahzadə” və “İnsanlar planeti” əsərləri ilə dünya şöhrəti qazanmışdır. Qeyd etdi ki, “Balaca şahzadə” əsəri XX əsr dünya ədəbiyyatının əsl incisi hesab olunur. Əsərdə Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, sevgi mövzularına toxunulur.

Sonra qeyd etdi ki, 128 səhifədən ibarət olan və 2016-cı il Bakı “Parlaq imzalar” Nəşriyyatinda çap olan “Balaca şahzadə” kitabı Cavanşir Yusifli tərəfindən Fransız dilindən Azərbaycan dilinə tərcümə olunmuşdur.

Sonda Aytən Əliyeva tədbir iştirakçılarına Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” adlı kitabını istədikləri zaman Uşaq kitabxanasının fondundan əldə edə biləcəklərini bildirdi.

 

140.1 KB