09.09.2022
Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş sərgi təşkil olunmuşdur
09 sentyabr 2022-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında yerləşən “Urban” Mərkəzində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş sərgi keçirilmişdir.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov, Gəncə AMEA-nın Gəncə bölməsinin əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri iştirak etmişlər.
Sərgidə Gəncə şəhər Uşaq İncəsənət və Rəssamlıq Məktəblərinin rəsm əsərləri, Gəncədə yaşayıb-yaradan sənətkarlar: Saləddin Məhərrəmovun (ağac üzərində işləmə), Nizami Abbasovun (ağac üzərində oyma), Rasim Hüseynovun (cini qablar üzərində miniatür işləmə) və Rza Məmmədovun (dulusçuluq üzrə işləmə) miniatür nümunələri nümayiş edilmişdir.
Sərgi 12,13,14 sentyabr tarixlərində davam edəcəkdir
Saat: 10:00-dan 18:00-dək