Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvinin əsərləri musiqidə” adlı sərgi təşkil edilib

09.09.2022

08.09.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Musiqi-not fonoteka şöbəsi  Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin anadan olmasının 881 illiyi ilə bağlı “Nizami Gəncəvinin əsərləri musiqidə” adlı sərgi təşkil etdi.
   Nizami Gəncəvi irsinə Azərbaycanda həmişə diqqət və böyük qayğı ilə yanaşılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmiş və onun 880 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur.
    Gəncə şəhərində ənənəvi “Nizami poeziya günləri” keçirilir. Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii, musiqili gecələr,sərgilər təşkil edilir.
      Musiqi-not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova tədbir iştirakçılarına səgidə nümayiş olunan kitablar haqqında geniş məlumat verdi.
 Sərgidə Rəşid Şəfəqin ”Nizami Musiqidə Sənətdə”,Nizami Gəncəvinin 860-illik yubileyi ilə əlaqədar Rauf İsmayəlzadənin ”Nizaminin Musiqi Dünyası”, Nizami Gəncəvinin 870-illik yubileyi ilə əlaqədar Üzeyir Hacıbəylinin ”Sənsiz,  Sevgilli-Canan” romans-qəzəlləri, ”Hüsnün Gözəl” Qarışıq xor ilə fortepiano üçün qəzəli,Sevda Qurbanəliyevanın “Nizami Gəncəvinin poeziyası vokal musiqidə” ,”Nizami Gəncəvinin lirikası vokal miniatürlərdə ”  “Nizami Gəncəvinin Poemalarında Musiqi ” kitabları və dövrü mətbuat nəşrləri nümayiş olundu.

 

192.2 KB

 

166 KB