08.09.2022
08.09.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Uşaqların incəsənətə marağını artırılması məqsədi ilə “Mənin rəngli dünyam” adlı rəsm sərgisi keçirdi. Uşaq şöbəsi uşaqların incəsənətə maraqlarının artırılması, təsviri incəsənət nümunələrinə baxış təşkil edilməsi üçün bacarıqlı uşaqlarla birlikdə rəsm sərgisi təşkil etdi. Uşaqların xəyal dünyası çox genişdir. Onlar duyğularını, xəyallarını oyun oynayaraq, ya da rəsm çəkərək aşkara çıxarırlar. Uşaqlar artıq dünyaya rənglərlə baxırlar. Daima gözəllik axtarışında olur,uşaq yaşlarından artıq rənglərin xarakterləri ilə tanış olurlar. Bu onların gələcək fəaliyyətində həyat düşüncələrini artırırmaqla yanaşı onların inkişafına təsir edir.