08.09.2022
08.09.2022-ci il tarixdə Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyində Mədəniyyət Mərkəzinin və muzey əməkdaşlarının iştirakı ilə "Xurşidbanu Natəvanın 190 illik yubileyinə dair "Qəmü-əyyamidən çox natəvanəm" mövzusu adı altında tədbir keçirildi.
Tədbirdə muzey direktoru E.Quliyev çıxış edərək onun lirikasında sevinclə kədərin birləşərək vəhdət yaratmasından, ictimai ziddiyyətlərin dərin fəlsəfi mənasından, ədalətlə haqsızlığı, səadətlə bədbəxtliyi törədən səbəblərin mahiyyətindən söhbət açdı. Onun qəzəlləri əsasən ya baş vermiş hər hansı bir əhvalatla əlaqədar yaranmış, ya da unudulmaz təssüratların, xoş təsadüflərin və ya poetik müşahidələrin məhsulu olmuşdur