Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən sizi unutmur” adlı anım günü keçirilib

07.09.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 07.09.2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Seyidov Məhərrəm Mirəziz oğlunun  anadan olmasının 70 illiyi ilə əlaqədar "Vətən sizi unutmur" adlı anım günü keçirdi. Əvvəlcə vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra filialın böyük kitabxanaçısı Kifayət Məmmədova bildirdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş vətən övladlarını yad etmək, onların xatirəsini uca tutmaq hər bir vətəndaşın borcudur. Sonra Milli Qəhrəman Seyidov Məhərrəm Mirəziz oğlunun həyatından, keçdiyi döyüş yolundan söhbət açdı. Qeyd etdi ki, Seyidov Məhərrəm Mirəziz oğlu 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışmışdır. Milis kapitanı idi. Məhərrəm 1990-cı il yanvarın 19-da Kərki kəndində gedən döyüşlərdə mühasirəyə düşmüş döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin  fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Şərur şəhərində qəhrəmanımızın adına küçə var və büstü qoyulub. Tədbirdə filialın fəal oxucuları iştirak etdilər. Tədbirin sonunda filial oxucuları şəhidlərə, vətənə həsr olunmuş şeirlər söylədilər.

 

132.3 KB